İranlı cütlük ictimai yerdə nişanlandığı üçün həbs edildi

İranlı cütlük ictimai yerdə nişanlandığı üçün həbs edildi


19:33     10 Mart 2019 19_03_10_1552231071.jpg

İranda kişi və qadın ticarət mərkəzində nişanlandığına görə həbs edilib.

Bu barədə BBC-nin məlumatında deyilir.

Bildirilir ki, nişan mərasiminin videosu sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, kişi öz sevgilisinə evlənmək təklifi edir. Qadın müsbət cavab verdikdən sonra onlar qucaqlaşır, ətrafdakı insanlar isə bunu alqışlayır.

Polisdən bildiriblər ki, həbs olunan qadın və kişi islam prinsiplərini pozub.

Femida.az

Açar sözlər:

Oxunub: 224