Buraxılış imtahanı keçiriləcək - TARİX AÇIQLANDI
09:32 11 Mart 2019
Martın 17-də Mingəçevir şəhərində, Ağcabədi, Ağdaş, Ağstafa, Balakən, Beyləqan, Cəlilabad, Füzuli, Gədəbəy, Göyçay, Hacıqabul, İsmayılllı, Lerik, Masallı, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Qusar, Salyan, Siyəzən, Şəmkir, Tovuz, Ucar, Xızı, Xocavənd, Yardımlı, Zaqatala rayonlarında, həmçinin, Bakı şəhərində yerləşən internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, cəzaçəkmə müəssisələrində olan məktəblərdə və Çilov adasında yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.
Femida.az
Oxunub: 499
Oxşar xəbərlər
- Buraxılış imtahanında az bal toplayanlar qəbul imtahanında iştirak edə bilərmi? - AÇIQLAMA
- Buraxılış imtahanında maksimal bal toplayan abituriyentlərin adları açıqlanıb
- Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün əlavə imtahan keçiriləcək
- Buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlandı
- Buraxılış imtahanlarının nəticələri açıqlandı
- Buraxılış imtahanında bir nəfər maksimum bal toplayıb
- Buraxılış imtahanına gəlməyənlərin sayı açıqlanıb
- Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq
- Şagirdlərin DİQQƏTİNƏ! - Buraxılış imtahanlarında ediləcək yeniliklər
- Buraxılış imtahanlarından narazı qalanların NƏZƏRİNƏ!