Axtarışda olan şəxslər saxlanılıb - Cinayət


11:04     11 Mart 2019 omurluk%20hebs.jpg

Axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan R.Məmmədov və İ.Hüseynov saxlanılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 334