Binəqədidə dəhşətli olay: Azyaşlı qız atasının maşının altında qaldı


13:04     11 Mart 2019 2019/03/komeksiz-halsiz-fhn-yardim-bagli-qapi-cinayet-yangin_1552295307.jpeg

Martın 10-da Binəqədi qəsəbəsində yaşayan F.Soltanlı evinin həyətində “Mercedes” markalı avtomobilini saxlayıb düşüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bu zaman avtomobil əyləcdən çıxıb hərəkətə gəldiyindən azyaşlı qızı təkərin altında qalaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 518