Biləsuvarda 37 yaşlı kişi bıçaqlandı


13:19     11 Mart 2019 metro%20bicaq4.jpg

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Femida.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Belə ki, rayonun İsmətli kənd sakini, 1982-ci il təvəllüdlü Nadir Qarayev bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 364