“İşsizin DOSTu” daha bir ailəyə dəstək oldu - Ailə üzvü işlə təmin edildi


13:38     11 Mart 2019 2019/03/53916353_2494138430656740_165270517643739136_n_1552297180.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İşsizin DOSTu” proqramı çərçivəsində daha bir ailə başçısını işlə təmin edib.

Femida.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Fazil Talıbov məlumat verib:


"Bəzi KİV-də Yevlax rayonu, Qaraməmmədli kəndində 7 nəfərdən ibarət Məhərrəmovlar ailəsinin çətin vəziyyətdə yaşadığı barədə məlumatlar yayılıb. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ailənin yaşadığı ünvanda olublar".

"Ailə başçısı Xanlar Məhərrəmov əmək pensiyaçısıdır. Oğlu Qabil Məhərrəmovun əmək qabiliyyətli olduğu, lakin işləmədiyi nəzərə alınmaqla onun məşğulluğunun təmin olunması istiqamətində addımlar atılıb. Vətəndaş “İşsizin DOSTu” Proqramına cəlb edilərək yaxın günlərdə əmək müqaviləsi əsasında işə başlayacaq. Bundan sonra ailənin ünvanlı sosial yardım alması üçün müraciət etməsinə texniki köməklik göstəriləcək", - F.Talıbov qeyd edib.

Femida.az

Açar sözlər: #ƏƏSMN   #iş   #dost   #işsiz   #Yevlax  

Oxunub: 640