Daha bir ana doğuşdan sonra öldü

Daha bir ana doğuşdan sonra öldü


13:45     11 Mart 2019 dogus.jpg

Şəmkirdə ana ölümü baş verib.

Femida.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, rayonun Qaracəmirli kənd sakini, 1984-cü il təvəllüdlü İbrahimova Nuridə Nəsib qızı övladını dünyaya gətirdikdən sonra dünyasını dəyişib.

Məlumata görə, bu, qadının üçüncü doğuşu olub. Onun hansı səbəbdən vəfat etdiyi hələ ki, məlum deyil.

Mərhumun meyiti Samux rayon Qarayeri kəndinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 160