Tovuzda tövlə alışdı, heyvanlar diri-diri yandı


14:32     11 Mart 2019 2019/03/ev_yangin-Tovle_1552300587.jpg

Tovuz rayonunda tövlə yanıb, mal-qara tələf olub.



Hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, Vuqar Elxan oglu Nəsibova məxsus yaşayış evinə bitişik olan tövlədə baş vermiş yanğın nəticəsində 2 iri buynuzlu heyvan və 3 buzov tələf olub.

Hadisə yerinə yerinə yanğınsöndürənlər cəlb edilib. Tövlə və yaxınlıqdakı ot tayası yanaraq külə dönüb. Tövləyə bitişik olan ev yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.(Report)

Femida.az

Açar sözlər:

Oxunub: 403