“Microsoft” Azərbaycan üçün süni intellekt strategiyası hazırlayacaq


15:15     11 Mart 2019 2019/03/microsoft_12_1552302986.jpg


Prezident İlham Əliyevin Davosda (İsveçrə) “Microsoft” şirkətinin vitse-prezidenti, eyni zamanda Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bellə görüşündə süni intellektlə bağlı strategiyanın hazırlanması müzakirə edilib.


Bunu “Microsoft Azerbaijan”ın rəhbəri Sərxan Həşimov bildirib.

Onun sözlərinə görə, yeni strategiya bu ilin sonuna qədər hazırlana bilər: “Hazırda tərəflər arasında dialoq gedir. Hər iki tərəf bu strategiyanın ən qısa zamanda hazırlanmasında maraqlıdır".

“Bəzi işlər var ki, onları süni intellekt görsə daha səmərəli olar, eyni zamanda daha keyfiyyətli kadrların hazırlanmasına gətirib-çıxarar. Söhbət əsasən, sənaye, maliyyə və təhsil sektorlarından gedir. Süni intellekt bir tərəfdən bəzi işləri işçiyə ehtiyac olmayan görəcək, digər tərəfdən daha yüksək peşəkarlıq tələb edən iş yerləri yaradacaq ki, kadr potensialı həmin istiqamətdə istifadə edilsin”, - deyə şirkət rəsmisi əlavə edib. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 486