Bakı Aeroportunda bomba həyəcanı - Təyyarə məcburi eniş etdi


15:43     11 Mart 2019 2019/03/aeroport_12_1552304702.jpg


“Ural Hava Yolları” şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib.

Bu barədə Femida.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Bəhreyn şəhərindən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

"Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi ilə bağlıdır. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılmış və hazır vəziyyətə gətirilib. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib",-deyə məlumatda vurğulanır.

Femida.az

Açar sözlər: #aeroport   #Bakı   #təyyarə   #Ural  

Oxunub: 946