Yevlaxda narkotik satan şəxslər saxlanılıb
16:10 11 Mart 2019
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Gəray Xəlilovdan 0.712 qram heroin aşkar edilərək götürülüb. Aparılan araşdırmalarla G. Xəlilova narkotiki satmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Daşdəmirov saxlanılıb.
Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Eyvaz Göyüşovdan 0.324 qram heroin aşkar edilərək götürülüb. E. Göyüşovun ətrafında davam etdirilən araşdırmalarla narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Belə ki, rayon sakini, əvvəllər məhkum olunmuş Rüstəm Babayev saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə şəxsi baxış keçirilən zaman 5 ədəd tramadol həbləri də aşkar edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Femida.az
Oxunub: 469
Oxşar xəbərlər
- Yevlaxda velosipedçini avtomobil vuraraq öldürüb
- Yevlaxda piyadanı avtomobil vuraraq öldürüb
- Göygöldə və Yevlaxda qətl törətdən müəllimin məhkəməsi başlayır
- Polis Yevlaxda əməliyyat keçirib, ata-oğul saxlanılıb
- Yevlaxda narkotacirlər saxlanılıb
- Yevlax sakini Bakı bulvarında özünü dənizə atıb
- Prezident Yevlaxda avtomobil yolunun tikintisinə 2,1 milyon manat ayırıb
- Yevlaxda motosikletlə yük maşını toqquşub, ölən var
- Yevlax Rayon Polis Şöbəsində baş verən intiharla bağlı rəsmi açıqlama
- Yevlax-Bərdə yolunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb