18 ildir axtarılan killer TUTULDU


18:23     11 Mart 2019 19_03_11_1552311267.jpg


İnterpol vasitəsilə 18 ildir beynəlxalq axtarışda olan killer Moskvada saxlanılıb.

Onu Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi ələ keçirib.

Adı açıqlanmayan şəxs silahlı qrup yaradaraq onu idarə etməkdə və silsilə cinayətlər törətməkdə şübhəli bilinir.

Məlumata görə, Qazaxıstan hüquq-mühafizə orqanları onu 2001-ci ildə biznes-ortağını qətlə yetirməkdə ittiham edib. Bundan sonra fiqurant İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib. O, saxlanıldıqdan sonra Qazaxıstana ekstradisiya edilib. / qafqazinfo

Femida.az

Açar sözlər: #killer   #interpol  

Oxunub: 609