Un, ət, araq bahalaşıb - Azərbaycanda rəsmi qiymət artımı


17:37     11 Mart 2019 19_03_11_1552311455.jpg


Dövlət Statistika Komitəsi İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatları açıqlayıb.

Femida.az DSK-ə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz bahalaşmışdır.

2019-cu ilin yanvar-fevral aylarında ərzaq məhsulları və xidmətlər bahalaşıb.

Fevralda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz artıb.


Ay ərzində düyünün, unun, manna yarmasının, makaron məmulatlarının, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları və pendirin, bitki yağlarının, meyvə-tərəvəzlərin, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin qiymətləri yüksəlib.

Femida.az

Açar sözlər: #ərzaq   #un   #bahalaşma   #araq   #ət  

Oxunub: 1016