Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib


19:35     11 Mart 2019 19_03_11_1552318567.jpg

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.


Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin şərh edilməsinə dair Salyan Rayon Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 12-nə təyin edilmiş iclasında baxılacaq.

Açar sözlər:

Oxunub: 417