Gürcüstan ordusunun azərbaycanlı əsgərinin döyülməsi ilə bağlı istintaq başlanıb
19:50 11 Mart 2019
Gürcüstan ordusunun azərbaycanlı əsgəri Kazım Qəhrəmanovun döyülməsi faktı ilə bağlı istintaq aparılır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin Hərbi Polis Baş İdarəsinin rəis müavini İrakli Bazeraşvili jurnalistlərə bildirib.
O deyib ki, ilkin araşdırmalara əsasən, əsgərdən pulun tələb olunması faktı təsdiqini tapmayıb: “Əsgərin adını çəkdiyi serjant ittihamları qətiyyətlə rədd edir. Bütün lazımi istintaq tədbirləri artıq həyata keçirilir. Təəssüf ki, əsgər Marneulidə xəstəxanada olduğundan onu hələ dindirmək mümkün olmayıb. Əgər ittihamlar təsdiqini tapsa, bütün günahkarlar məsuliyyətə cəlb olunacaq”.
Qeyd edək ki, K.Qəhrəmanov Krtsanisi hərbi hissəsində martın 9-da serjantın gözü qarşısında döyüldüyünü iddia edib. Əsgərin sözlərinə görə, döyülməsinə ondan pulun tələb olunmasına etiraz etməsi səbəb olub.
Oxunub: 371
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstan buğda ixracına qadağa qoyur
- Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstana 10 kiloqramdan artıq heroinlə qanunsuz daxil olan Azərbaycan vətəndaşları saxlanılıb
- Gürcüstan Prezidenti ABŞ-a gedib