Lavrov Çavuşoğlu ilə görüşünü təxirə saldı


21:03     11 Mart 2019 19_03_11_1552322652.jpg

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında fevralın 12-də Antalyada keçirilməsi nəzərdə tutulan görüş təxirə salınıb.
Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, rəsmi Moskva görüşün təxirə salınmasını Lavrovun iş qrafikinin gərgin olması ilə əlaqləndirib.

Rusiya XİN-in rəsmilərinin bildirdiyinə görə, nazirlərin görüşü gələn həftə baş tuta bilər. Qeyd olunub ki, martın 18-nə planlaşdırılan görüş Türkiyənin Antalya şəhərində Ankara ilə Moskva arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində keçiriləcək.

Açar sözlər:

Oxunub: 464