Nazir deputatın oğlunu işdən niyə çıxardı? - Açıqlama


15:20     26 Oktyabr 2015 62492a4363565aefd694978c32cda6f86.jpg

Milli Məclisin deputatı Elman Məmmədovun oğlu, Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov tutduğu vəzifədən azad olunub.


Femida.az xəbər verir ki, bu barədə AzVision.az-a deputat özü məlumat verib.

Millət vəkilinin sözlərinə görə, oğlu işdən öz ərizəsi ilə çıxıb: `Oğlum öz ərizəsi ilə işdən çıxıb. Hazırda sərəncama götürülüb. Ola bilsin ki, yaxın vaxtlarda yeni işlə təmin olunsun`.

Qeyd edək ki, deputatın oğlunun işdən çıxması ilə bağl ilk xəbəri aznews.az saytı yayıb.

Açar sözlər:

Oxunub: 1046