4 dəfə həbsdə olan şəxs yenidən saxlanıldı


09:09     12 Mart 2019 2019/03/C39DD597-77D4-450B-9232-B8BD68965511_1552367034.jpeg

Xırdalanda keçmiş məhkum yenidən həbs olunub.

Femida.az ONA.az-a istinadən xəbər verir ki, polis Abşeron rayonunun Xırdalan şəhərində əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 1976-cı il təvvəlüdlü Rövşən İslamovu yarım kiloqram civəni müştəriyə 5 min manata satmaq istəyərkən iş başında yaxalayıb.

Saxlanılan şəxs törətdiyi əməldən peşman olduğunu bildirib.

Qeyd edək ki, R.İslamov bundan qabaq 4 dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 297