Yolu keçmək istəyən qadını maşın vurdu


09:13     12 Mart 2019 piyada5.jpg

Bakının Yasamal rayonunda qadını avtomobil vurub.

Femida.az xəbər verir ki, avtoqəza rayonun Şərifzadə küçəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Əhmədova Gülsurə Böyükağa qızı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində qarşı tərəfə keçərkən onu minik avtomobili vurub. Nəticədə qadın ağır bədən xəsarətləri alıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 330