Gəncədə ağır qəza - Ölən var


09:19     12 Mart 2019 piyada2.jpg

Gəncədə 67 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

Hadisə şəhərin Şah İsmayıl Xatai prospektində yerləşən marketlərin birinin önündə baş verib.

Yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Məmmədovu "Mercedes" markalı avtomobil vurub.

Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 336