AzTV-nin yeni mətbuat katibi o oldu
09:42 12 Mart 2019
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədov tərəfindən qurumun Mətbuat xidmətinin rəhbəri vəzifəsi tanınmış jurnalist Mübariz Aslanova həvalə olunub.
Femida.az-ın xəbərinə görə, M.Aslanov bu gündən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, M.Aslanov əvvəllər "Azadinform", APA və "Report" informasiya agentliklərində fəaliyyət göstərib.
Mübariz Zakir oğlu Aslanov 1982-ci il martın 10-da Beyləqan rayonunun İkinci Aşıqlı kəndində anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində oxuyub, magistr dərəcəsi alıb.
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara başlanılıb. Maliyyə sistemi şəffaflaşdırılıb, irihəcmli kadr islahatı həyata keçirilib, televiziyanın efir proqramlarında köklü yeniliklərə start verilib. Bundan başqa, televiziya filmləri və tamaşalarının illik planı da artıq təsdiqlənib.
Femida.az
Oxunub: 1165
Oxşar xəbərlər
- AzTV-nin əməkdaşı cəbhə bölgəsində yaralandı
- AzTV-nin əməkdaşı koronavirusdan dünyasını dəyişib
- AzTV-nin koronavirusa yoluxan əməkdaşlarından biri sağalıb
- AzTv-nin daha bir neçə əməkdaşı koronavirusa yoluxub
- AzTV-nin 5 əməkdaşı koronavirusdan müalicə alır
- AzTV-nin yeni loqosundakı üçbucaq nə deməkdir? - Sədr açıqladı
- AzTV-nin əməkdaşları qəzaya düşüb, 3 nəfər xəsarət alıb
- AzTV-nin yeni sədri köhnə diktorları telekanala işə çağırdı
- AzTV-nin Rəşad İlyasovla bağlı - Qərarı
- AZTV-nin gəlib-getmiş sədrləri – Onlar indi haradadır?