Cinayətkar dəstənin daha iki üzvü tutuldu - Nazirlikdən açıqlama


11:21     12 Mart 2019 din-den%20seyyar%20xidmet.jpg

Paytaxtın Nəsimi rayonu ərazisində quldurluq etmiş dəstənin digər üzvləri də polis əməkdaşları tərəfindən yaxalanıb.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Nəsimi RPİ 20-ci Polis Bölməsi və Gəncə ŞBPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyevin evinə gəlib quldurluq yolu ilə oradan 1900 manat pul və avtomobil açarlarını aparmaqda şübhəli bilinən qrupun digər üzvləri - Tərtər rayon sakini E.Hüseynli və Gəncə şəhər sakini N.Cəfərova da müəyyən edilərək tutulublar.

Femida.az

Açar sözlər:

Oxunub: 334