Qanunsuz saxlanılan silahlar götürülüb


11:39     12 Mart 2019 tapanca.jpg

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Maştağa qəsəbə sakini İ.Babayevə məxsus qarajda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd “Mauser” markalı paslanmış vəziyyətdə olan tapança, 1 ədəd “Hsc mod 84” markalı piston tapançası və 55 ədəd boş patron aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 397