Qarabağda erməni əsgər ölüb


11:47     12 Mart 2019 ermeni%20esger%20mehvv.jpg


İşğal altında olan Qarabağda erməni əsgər ölüb.


Femida.az Ordu.az-a istinadən xəbər verir ki, bu gün saat 06:50 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissənin döyüş mövqeyində 2000-ci il təvəllüdlü erməni əsgər Karen Artak Karapetyan ölü tapılıb.

Erməni əsgərin ölüm səbəbi açıqlanmır. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 646