ATƏT sədri bu gün İrəvana gedir


13:44     12 Mart 2019 2019/03/17666-1552382573_1552384256.jpg

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq məqsədilə 12-13 mart tarixlərində İrəvana səfər edəcək.



Bu haqda Femida.az Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, səfər çərçivəsində ATƏT-in sədri Ermənistan prezidenti Armen Sarkisyan, baş nazir Nikol Paşinyan, parlamentin sədri Ararat Mirzoyan və XİN rəhbəri Zohrab Mnatsakanyanla görüşlər keçirəcək.

Xatırladaq ki, Miroslav Layçak bir neçə gün əvvəl-martın 5-də Bakıya səfər edərək Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirmiş və danışıqlar aparmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 397