"Arvadım qızılları və uşağı götürüb Azərbaycana qaçıb" - Türk kişidən iddia


14:39     12 Mart 2019 19_03_12_1552387325.jpg

Türkiyə vətəndaşına ərə gedən Azərbaycan əsilli qadın ərini aldadaraq ölkədən qaçıb.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərtoğrul adlı Türkiyə vətəndaşı mətbuata açıqlamasında arvadının 20 min lirəlik qızılı və 2 yaşlı uşağı götürərək ölkədən qaçdığını bildirib. Onun sözlərinə görə,həyat yoldaşı Səna ona telefonla zəng edərək boşanmaq istədiyini bildirib. Bu söz onun üçün gözlənilməz olub. Ərtoğrulun sözlərinə görə, Azərbaycana girişi qadağan olunduğu üçün artıq 5 aydır ki, uşağını da görə bilmir. Mövzu ilə bağlı ətraflı vidoenu təqdim edirik:


Açar sözlər: #Türkiyə_xəbərləri   #video  

Oxunub: 1171