Azərbaycanda quş qripi monitorinqi - Nəticələr açıqlandı
16:18 12 Mart 2019
Fevral ayının 25-dən martın 1-dək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyi ilə bağlı monitorinqlər həyata keçirilib.
AQTA-dan Femida.az-a verilən məlumata görə, Agentliyin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin əməkdaşları və mütəxəssislərinin iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.
Quş qripi xəstəliyinə görə Abşeron yarımadası, Şabran, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikanın dəniz sahili ərazilərində aparılan monitorinqlər zamanı ümumi baxış keçirilib, epizootoloji məlumatlar toplanaraq təhlil edilib, habelə təsadüfi qaydada ovlanaraq götürülən müxtəlif növlərə aid 48 baş çöl quşunun patoloji materialı və qeyd edilən rayonlarda ölkəmizin ayrı-ayrı həyətyanı təsərrüfatlarından gətirilən 240 baş müxtəlif növ ev quşunun qan nümunələri toplanaraq materiallarla birlikdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinə zamanı quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib.
Femida.az
Oxunub: 550
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib