Kim Çen Inın bacısı deputat oldu


18:37     12 Mart 2019 2019/03/kim_you_counq_kim_cen_in-azeuro-1_1552396099.jpeg

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çon 10 martda keçirilən parlament seçkiləri nəticəsində Ali Xalq Məclisinin (Şimali Koreya parlamenti) deputatı seçilib.

Femida.az xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi teleqraf agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Şimali Koreyanın ən nüfuzlu qadınlarından biri və Kim Çenın ən yaxın məsləhətçilərindən olan Kim Yo Çon həm də Şimali Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin rəhbəridir. Lakin ölkə qanunvericiliyi ona deputat mandatı ilə paralel partiyadakı vəzifəsini də icra etməyə imkan verəcək.

Xatırladaq ki, Şimali Koreyada keçirilən parlamet seçkiləri nəticəsində mandat qazanan 687 deputatın adı bu gün ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən dərc olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 650