Masallıda maşınlar toqquşdu - Ölən var


17:41     12 Mart 2019 1433768673_bakida-sernishin-avtobusu-yuk-mashini-ile-toqqushub.jpg

Martın 11-də saat 10 radələrində Masallı şəhəri ərazisində rayon sakini M.Sadıxov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı edərkən qarşıdan gələn həmyerlisi M.Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub.

DİN mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nəticədə M.Abdullayev və sərnişini Ş.Ağayeva xəstəxanaya yerləşdiriliblər. Ş.Ağayeva orada ölüb. Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 480