İlham Əliyev Roma Papasına məktub ünvanladı
19:02 12 Mart 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib.
Femida.az-ın xəbərinə görə, məktubda deyilir:
"Zati-müqəddəsləri,
Tacqoyma Gününüzün ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər, eyni zamanda, dinlər və mədəniyyətlər arasında dialoq və tolerantlıq mühitinin təşviqi üçün bariz nümunədir. İnanıram ki, əməkdaşlıq zəminində addımlarımız bundan sonra da dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar diləyirəm".
Femida.az
Oxunub: 433
Oxşar xəbərlər
- İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib
- İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
- İlham Əliyev 5 milyonluq sərəncam imzaladı
- İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrini qəbul edib
- İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
- İlham Əliyev Keniya Prezidentini təbrik edib
- İlham Əliyev Zelenskiyə başsağlığı verib
- İlham Əliyev “Rossiya-24” telekanalına müsahibə verib
- İlham Əliyev türkiyəli naziri qəbul edib
- İlham Əliyev Sergey Lavrovu qəbul etdi