Naxçıvana 2,6 milyon manat ayrıldı - SƏRƏNCAM
19:27 12 Mart 2019
Prezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Femida.az-ın məlumatına görə, sərəncamla çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 449 000 manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.
Dövlət başçısının digər sərəncamı ilə çoxmənzilli binaların dam örtüklərinin təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2 206 000 manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.
Femida.az
Oxunub: 373
Oxşar xəbərlər
- Naxçıvana yeni daxili işlər naziri təyin edilib
- Naxçıvana yeni nazir təyin edilib
- Naxçıvana çıxış olan "Zəngəzur" dəhlizinin tikintisinə başlandı - Rəsmi AÇIQLAMA
- Naxçıvana ilk avtobus yola düşüb
- Naxçıvana birbaşa gedən yolun bərpası dekabrın 1-dən sonra başlanacaq
- Naxçıvana təyyarə reyslərinin artırılması məsələsinə baxılır
- Naxçıvana yeni Baş Nazir təyin edildi
- Naxçıvana gətirilən tələbələr təyyarə ilə Bakıya yola salınacaq
- Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edildi
- Naxçıvana avtobusla gedənlərə şad xəbər