45 yaşlı kişi çayda boğuldu - Lənkəranda


20:21     12 Mart 2019 bogulub.jpg

Lənkəran rayonunda 45 yaşlı kişi çayda boğulub.

Femida.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Veravul çayında qeydə alınıb.

İlkin məlumata görə, 1974-cü il təvəllüdlü Şamu Hacıbala oğlu Hacıyev ehtiyatsızlıqdan çaya yıxılıb və suda batıb. Xilasedicilər onun cansız bədənini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 535