Ucarda 4 otaqlı ev yanaraq külə döndü

Ucarda 4 otaqlı ev yanaraq külə döndü


21:55     12 Mart 2019 19_03_12_1552411146.jpg

Ucar rayonunda yanğın hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, yanğın axşam radələrində Ucarın Bərgüşad kəndində qeydə alınıb. Kənd sakini Asif Səbzəliyevə məxsus ev anidən alovlanaraq əşyaları ilə birgə yanıb. Dərhal hadisə yerinə FHN-in Ucar Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ətraf tikililər yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 171