Zabratda sərnişin avtobusu ilə minik maşını toqquşub


22:10     12 Mart 2019 2019/03/3EDCCCF4-1CD5-4A2A-88DA-FA04F8FBB24E_1552414346.jpeg

Sabunçu rayonunda avtobus və minik avtomobilin toqquşması nəticəsində xəsarət alanlar var.

Femida.az ONA.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

"107" nömrəli sərnişin avtobusu hərəkətdə olan zaman "BMW" markalı avtomobil onun arxa hissəsinə çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişin və sürücü xəsarət alıb.

Hazırda hadisənin dəqiq təfərrüatları araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 527