Gürcüstan Azərbaycan qazının idxalını artıracaq
09:03 13 Mart 2019
Gürcüstan qaz bazarının ən mühüm iki strateji seqmenti - əhali və elektrik enerjisinin istehsalı, tam olaraq Azərbaycan qazı ilə təmin olunur və olunacaq.
Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Natiya Turnava bildirib.
Nazir müavini deyib: "Azərbaycan Gürcüstanın əsas təchizatçısı və strateji tərəfdaşı olaraq qalır, və yaxın illərdə Gürcüstan bazarında Azərbaycan qazının payı artacaq".
Turnavanın sözlərinə görə, "Şahdəniz" yatağının ikinci fazasının tam olaraq işə salınmasından sonra, Gürcüstan Azərbaycan qazı üçün tranzit ölkə kimi tamamilə öz resurslarını əldə edəcək: "Bu resurslar sosial cəhətdən həssas əhali təbəqələrinin qazla təchiz edilməsi və elektroenergetika üçün istifadə olunacaq".
Femida.az
Oxunub: 450
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstan buğda ixracına qadağa qoyur
- Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstana 10 kiloqramdan artıq heroinlə qanunsuz daxil olan Azərbaycan vətəndaşları saxlanılıb
- Gürcüstan Prezidenti ABŞ-a gedib