Dostu tərəfindən bıçaqlandı


09:11     13 Mart 2019 metro%20bicaq4.jpg

Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Femida.az ONA-ya istinadən xəbər verir ki, Sahil qəsəbəsində 1983-cü il təvəllüdlü Məmmədov Rəşad Oktay oğlu yaşadığı evin yaxınlığında dostu ilə mübahisə edib. Nəticədə o bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanın növbətçi cərrahı Bəhrəm Zeynalov bildirib ki, R.Məmmədov cərrahi əməliyyat olunub. Bıçaq onun döş qəfəsinin sol nahiyəsinə sancılıb. Vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 380