Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşdü


09:11     13 Mart 2019 19_03_13_1552453948.jpg

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.


Femida.az xəbər verir ki, görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərindən məmnunluq ifadə olunub.

Bu səfərin Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.


Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Açar sözlər:

Oxunub: 467