DİQQƏT! Bu gün bəzi yerlərdə qaz olmayacaq
10:01 13 Mart 2019
Bu gün Sumqayıt və Abşeronun bir hissəsində qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Femida.az-a verilən məlumata görə, Sumqayıt şəhəri 12-ci mikrorayon Koroğlu küçəsində yerləşən ərazidə məcburi köçkünlər üçün inşa edilmiş, 1088 mənzilli yaşayış kompleksinə çəkilmiş diametri 159 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və "Qaradağ-Sumqayıt" magistral qaz kəmərinin 23-cü km-də aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar, saat 10:00-dan təmir işləri tamamlananadək Sumqayıt şəhərinin, həmçinin Abşeron rayonu Xırdalan şəhəri, Ceyranbatan, Saray, Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək, Çiçək, Müşviqabad və 28 May qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Femida.az
Oxunub: 692
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"