Bakıda 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb


17:00     26 Oktyabr 2015 Car_crash_181111_1.jpg

Bakıda oktyabrın 17-dən 24-dək Bakı şəhərində 17 yol-nəqliyyat hadisəsi baş verib.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Femida.az-a verilən məlumata görə, baş vermiş yol qəzaları nəticəsində 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Qeyd olunan müddət ərzində sərxoş vəziyyətdə avtomobili idarə edən 219 şəxs, qəza şəraiti yaradan 126 nəfər, polisin qanuni tələblərinə tabe olmayan 45 nəfər müəyən edilib. Bundan əlavə sərnişindaşıma qaydalarının pozulması üzrə 80 fakt, ötmə-manevr qaydalarını pozulması ilə bağlı 233 , yol ayrıcı qaydalarının pozuntusu ilə bağlı 4489, avtoxuliqanlıqla bağlı 10 fakt aşkarlanıb.

Eyni zamanda 2254 piyada yol hərəkət qayalarını pozub, 2831 nəfər sürət həddini aşıb, 1604 sürücü isə qırmızı işığın tələblərini pozub. . Həmin şəxslərlə bağlı protokol tərtib olunub.

Ümumilikdə 6902 yol hərəkəti qayda pozuntusu müəyyən edilib.

Açar sözlər:

Oxunub: 1186