Rusiyada Azərbaycan vətəndaşları güllələndi


13:05     13 Mart 2019 gullelenmek.jpg

Rusiyada Azərbaycan vətəndaşları silahlı hücuma məruz qalıblar.

Hadisə martın 12-də Rusiya vaxtı ilə saat 18:30-da “Krasnıx Zor” küçəsində baş verib.

Məlumata görə, şübhəli şəxslər təkər təmiri ilə məşğul olan iki Azərbaycan vətəndaşını travmatik silahla yaralayaraq hadisə yerindən qaçıblar. Yaralılar ağır beyin-kəllə travması ilə xəstəxanalara yerləşdiriliblər.

Bundan sonra polis əməkdaşları Aminevski şossesində “Mercedes” markalı avtomobillə hərəkət edən şübhəlilərdən birini saxlayıb.

Faktla bağlı “xuliqanlıq” və “qəsdən adam öldürməyə cəhd” maddələri üzrə cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 420