Saxta əlilliklərin ləğv olunması büdcəyə 3 mln. manat qaytardı


14:15     13 Mart 2019 19_03_13_1552472153.jpg


Bu günə kimi Azərbaycanda 1 300-dən çox əsassız əlillik ləğv olunub. Dövlət büdcəsinə 3 milyon manatdan çox vəsait qaytarılıb.


Femida.az xəbər verir ki, bu sözləri bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) dəstəyi ilə icra olunan “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin yekunlarına dair konfransı zamanı Əmək və Əhalinin Sosial Müdaifəsi Naziri Sahil Babayev bildirib.

Nazirin sözlərinə görə, səhvə yol vermiş aidiyyatı vəzifəli inzibati şəxslərə qarşı müvafiq inzibati tənbeh tətdbirləri həyata keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 509