Özünü DTX əməkdaşı kimi təqdim edən qadına 7 il həbs verildi


14:21     13 Mart 2019 19_03_13_1552472843.jpg


Özünü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Sevinc Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın ONA-ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən S.Mirzəyeva 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Mirzəyeva Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq: xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. O, özünü DTX əməkdaşı kimi təqdim edərək əlil ailələrinin evlə təmin olunması üçün yeni fond yaradıldığını və fonda rəhbər təyin edildiyini söyləyib. S.Mirzəyeva zərərçəkmişlərdən onlara əlillər üçün tikilən binadan ev verdirəcəyini, təqaüdə çıxaracağını vəd edərək pul alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 434