54 nəfərin adı əfv siyahısına salındı - Kimlər olacaq?


14:34     13 Mart 2019 19_03_13_1552473279.jpg


İnsan Hüquqları üzrə Birgə Qrupun hazırladığı əfv siyahısında 54 nəfər məhbusun adı var.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, Birgə Qrupun əfv siyahısına Əfv məsələləri üzrə Dövlət Komissiyasının iclaslarında baxılıb. Sözügedən siyahı ölkə başçısına da təqdim olunacaq. Siyahıda sözügedən qrupun siyasi məhbus hesab etdiyi bir qrup şəxsin də adı var.

Qeyd edək ki, prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.

Femida.az

Açar sözlər: #əfv   #məhbus  

Oxunub: 1554