Nəcməddin Sadıkov Bolqarıstan müdafiə naziri ilə görüşüb


15:11     13 Mart 2019 2019/03/7e60a-1552474439c3087-4657423320_1552475550.jpg

Martın 13-də Sofiya şəhərində Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla Bolqarıstan Respublikası Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – Müdafiə naziri Krasimir Karakaçanov arasında görüş keçirilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tərəflər regional təhlükəsizlik problemləri, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib və onun genişləndirilməsi istiqamətləri müzakirə olunub.







Femida.az

Açar sözlər: #Nəcməddin_Sadıkov   #Bolqarıstan  

Oxunub: 607