Hava kəskin dəyişəcək - Temperatur 8 dərəcə enəcək


16:02     13 Mart 2019 19_03_13_1552478575.jpg


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

ETSN-dən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-dən 15-i səhərədək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Bölgələrə gəlincə, martın 14-ü gündüzdən 15-i gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürətinin arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Femida.az

Açar sözlər: hava  

Oxunub: 509