Avtovağzal gücləndirilmiş iş rejiminə keçir
16:07 13 Mart 2019
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK)Novruz bayramı ilə əlaqədar martın 15-dən 27-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Femida.az xəbər verir ki, BBAK tərəfindən sərnişinlərin rahatlığının təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək.
Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq.
Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarətçilərinə müraciət edə bilərlər.
Məlumat üçün bildirək ki, səfər biletlərini reysin yola düşməsinə 10 gün qalmışdan başlayaraq, avtovağzalın və Nizami küçəsi 126a ünvanında yerləşən “Silkway” turizm şirkətinin kassalarından və onlayn qaydada “avtovağzal.az” saytı üzərindən əldə etmək mümkündür.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.
Femida.az
Oxunub: 551
Oxşar xəbərlər
- Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni mətbuat katibi təyin olunub
- Bakı avtovağzalında vaksinasiya məntəqəsi yaradılıb
- Avtovağzalın yaxınlığında yanğın başlayıb - VİDEO
- Sabah Bakı avtovağzalından 72 istiqamət üzrə avtobuslar yola düşəcək
- Ermənilər Tərtər avtovağzalını vurdu - Ölən var
- Avtovağzaldan rayonlara getmək istəyən 1715 sərnişin biletini geri qaytarıb
- Avtovağzalda dezinfeksiya işləri davam etdirilir
- Avtovağzalda hər gün 300-dən çox avtobus dezinfeksiya olunur - Foto
- Sərhəd avtovağzalında dezinfeksiya işləri aparılır
- Avtovağzalın qarşısından keçən magistral yol genişləndiriləcək