Ata və oğlunu maşın vurdu - Biri ölüb


16:22     13 Mart 2019 2019/03/55a62204-21c5-4c34-9725-0640aa18d1bf_1552479908.jpg

Gəncə şəhərində ata və oğlunu maşın vurub, onlardan biri ölüb


Hadisə Kəpəz rayon, Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Samux rayon sakini, 1995-ci il təvəllüdlü Kənan Rasim oğlu Abdullazadə idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən, Gəncə şəhər sakinləri - 1964-cu il təvəllüdlü Səttar Əşrəf oğlu Qəribovu və onun 29 yaşlı Anar adlı oğlunu vurub. Qəza nəticəsində S.Qəribov ölüb. A.Qəribov isə özəl xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 608