Axtarışda olan qadın həbs edildi - Bakıda


23:31     16 May 2015 qadin%20hebs%20edildi%20metanet.jpg

Dələduzluq etdiyinə görə uzun müddət axtarışda olan qadın saxlanılıb.


Femida.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dələduzluq yolu ilə 12 vətəndaşa qarşı külli miqdarda ziyan vuran və barəsində axtarış elan olunmuş, 1964-cü il təvəllüdlü Gülməmmədova Mətanət İnqilab qızı həbs edilib.

M. Gülməmmədova tərəfindən aldadılaraq pulu mənimsənilən şəxslərdən Suraxanı rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, bir müddət öncə M. Gülməmmədova ilə yanaşı Rüstəmova Ceyran Mikayıl qızı, Hüseynova Reyhan Musa qızı dələduzluqda ittiham edilirdi. Bu şəxslər faizlə pul vermək adı ilə vətəndaşları aldadıblar. Verdikləri borc pulun təminatı kimi onların evlərini alqı-satqı yolu ilə öz adlarına keçiriblər.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 2351