Vəkillər Adil İsmayılovu Kollegiyaya şikayət etdi


16:59     13 Mart 2019 vekiller.jpg


Vəkil Adil İsmayılov həmkarları tərəfindən Vəkillər Kollegiyasına şikayət olunub.

Femida.az Xırdalan şəhər Vəkil Bürosunun bəyanatından bir hissəni diqqətinizə çatdırır:

"Xırdalan şəhər Vəkil Bürosu olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin son bir ildə gördüyü səmərəli işləri və əldə etdiyi, indiyədək VK-nın tarixində olmayan nailiyyətləri yüksək dəyərləndirir, RH-nin sədri cənab Anar Bağırovun rəhbərliyi altında VK-da aparılan islahatları dəstəkləyir və təmsil olunduğumuz VK-nın və ümumilikdə azərbaycan vəkilliyinin ünvanına söylənən şər - böhtan xarakterli iddialara etirazımızı bildiririk.
Odur ki, yuxarıda adları sadalanan şəxslərdən, xüsusən də ağır ittihamlar irəli sürməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətini və Azərbaycan vəkillərini təhqir etməsi ilə seçilən Adil İsmayılovdan dərhal işlətdiyi ifadələrə görə təkzib verərək üzr istəməsini tələb edir, əks halda son zamanlar baş verən arzuolunmaz hadisələrin təşəkkül tapmasında “əməyi” olan şəxslərin barəsində konkret hüquqi addımlar atılmasını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətindən xahiş edirik".

Bu şikayətdən sonra vəkil Adil İsmayılov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə çağırılıb.

Martın 15-də Rəyasət Heyətinin keçiriləcək iclasında müvafiq qərar veriləcək.

Qeyd edək ki, son günlər A.İsmayılovla bir neçə vəkil, o cümlədən Kollegiya sədri Anar Bağırov arasında sosial şəbəkələrdə polemika yaranıb.

Amin

Femida.az

Açar sözlər:

Oxunub: 1871