Azərbaycan hərbçiləri İslamabadda hərbi paradda keçid edəcək


17:12     13 Mart 2019 19_03_13_1552482813.jpg

Martın 23-də İslamabadda keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu iştirakçı qismində çıxış edəcək.



“AzeriDefence”nin məlumatına görə, parada Azərbaycan Ordusunun bir nümunəvi bölməsi və paraşütçüləri qatılacaqlar.

Azərbaycan hərbçiləri ayrıca qutu şəklində tribuna önündən keçid edəcək.

Qeyd edək ki, bu, Azərbaycan Ordusunun şəxsi heyətinin Rusiyanın Moskva və Fransanın Paris şəhərlərində İkinci Dünya Müharibəsinin başa çatmasına həsr olunmuş hərbi paradlarında iştirakından sonra ölkə xaricində qatıldıqları üçüncü hərbi paraddır.

Paradda yüksək səviyyəli qonaq qismində müdafiə naziri, general-polkovnik Zakir Həsənov, eləcə də, Azərbaycanın ayrı-ayrı qurumlarından nümayəndələr qatılacaqlar.

Açar sözlər:

Oxunub: 469